Dəfnə yarpağının (rus dilində - “lavroviy list”) bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.
Dəfnə yarpağının dəmləməsi osteoxondroz, oynaqlarda ağrılar, iltihab, duzlaşma, artrit, podaqra zamanı çox yaxşı kömək edir.
Dəfnə yarpağının dəmləməsi xalq təbabətində geniş istifadə olunur. Axin.az oxucularına belə dəmləmənin reseptini təqdim edir. Qeyd edək ki, bu resept tanınmış rusiyalı həkim-fitoterapevt Nikolay Danikovun kitabından götürülüb.
Resept
10 ədəd qurudulmuş dəfnə yarpağı xırda doğranılır, termosa tökülür, üzərinə 2 stəkan qaynar su əlavə olunur. Bunu axşamdan etmək lazımdır.
Səhər dəmləməni süzün və gün ərzində 3-4 dəfə yüməkdən 30 dəqiqə əvvəl için. Müalicə müddəti - 3 gün. 1 həftədən sonra müalicə kursunu təkrar edin.