Foodinfo.az pomidor şorbasının bişirilmə qaydasını təqdim edir:
Tərkibi:
2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
zövqə görə duz
zövqə görə istiotÜstü Üçün:
sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
kruton (resepti aşağıdadır)
Hazırlanması:
Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin.
Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.
Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə bişirin.
Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin.
Pomidoru əlavə edib 3 dəqiqə də bişirin.
Toyuq suyunu və kəklikotunu əlavə edin.
Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.
Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün.
Duz və istiot vurun. 2 dəqiqə də bişirdikdən sonra, kənara çəkin.
Şorbanı isti-isti qablara çəkin.
Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.
Nuş olsun!
(justlady.az)
Son xəbərlər
- Mütəxəssis sitrus meyvələrinin faydalarından danışdı
- Həkim səhərlər şirniyyat yeməyi məsləhət görüb
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı