Bir çoxları qiymətlərin baha olmasından, pulu maaşdan maaşa çatdıra bilmədiklərindən şikayətlənirlər. Lakin necə deyərlər, qənaət tükənməz sərvətdir.

Foodinfo.az xəbər verir ki, "Al Jazeera" saytının mütəxəssisləri qənaətin yollarını sadalayıblar.

İlk öncə insan özünün gəlir və xərclərini bilməlidir. Həmçinin anlamalıdır ki, mağazalardakı marketoloqlar çox vaxt onu heç ehtiyacı olmayan bir şeyi almağa “məcbur etməyə” çalışırlar. "Vəsvəsələrə" aldanmamağın bir neçə yolu var:

1. Alış-veriş siyahısı tutun. Siyahıya ciddi əməl edin və kənar heç nə almayın.

2. Hər şeyi kortəbii deyil, müntəzəm olaraq alın. Araşdırmalar göstərir ki, həftə içi alış-veriş etmək daha yaxşıdır.

3. Sizi "vəsvəsə" edə biləcək şirniyyat və qazlı içkilərdən uzaq durun.

4. Endirimlər zamanı alış-veriş edin. Bu xüsusilə elektrik cihazları və mebellərə aiddir.

5. Endirim kartı alın. Bir çox mağazalar müştərilərinə belə kartları təklif edir.

6. Enerjiyə qənaət edən lampalardan istifadə edin, istifadə etmədiyiniz zaman televizoru, işıqları, şarj cihazını söndürün, məişət texnikasını 15:00-dək və 19:00-dan sonra yandırın (yəni pik saatlarda işlətməyin), bu zaman "işıq pulu" daha az ödəyərsiniz.

7. Nəhayət, hansı xidmətlərə abunə olduğunuzu nəzərdən keçirin və həqiqətən ehtiyacınız olduqlarını saxlayın.