Qəhvə istehlakı kolorektal xərçəngi olan insanları metastazlardan və əməliyyatdan sonra residivlərdən qoruyur. Foodinfo.az xəbər verir ki, Bu nəticəyə Hollandiya və Fransadan olan böyük bir qrup alim gəlib.

Daha əvvəl alimlər qəhvənin yoğun və düz bağırsaq xərçəngi inkişafının qarşısını almağa kömək etdiyini aşkar etdilər. Bir sıra araşdırmalar göstərib ki, bu aromatik içkinin gündəlik istehlakı onu içməyənlərlə müqayisədə belə şişlərin inkişaf riskini 11-17% azaldır.

Alimlər Hollandiya Xərçəng Reyestrində qeyd olunan kolon və düz bağırsağın bədxassəli şişləri olan 1719 xəstənin taleyini öyrəniblər. Müalicədən sonra 6 il ərzində 257 xəstədə xərçəng residivləri baş verib, 309 nəfər ölüb. Bu məlumatlar qəhvə istehlakı ilə müqayisə edildikdə məlum olub ki, bu içkidən gündə 4 stəkandan çox içənlərdə kolorektal xərçəngin təkrarlanma riski 32% azalıb. Onlar gündə 2 stəkandan az içən biri ilə müqayisə edildi və fərq statistik cəhətdən olduqca əhəmiyyətlidir.

Fərid