Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin 22-ci buraxılışı yayımlanıb.
Foodinfo.az xəbər verir ki, bu dəfəki buraxılışda AQTA tərəfindən respublikanın fitosanitar vəziyyətinin sabit saxlanılması üçün görülən işlər, həyata keçirilən müşahidələr, qanunsuz heyvan kəsimi məntəqələrində aparılan reydlər barədə tamaşaçılara məlumat verilib.
Verilişin "AQTA Maarifləndirir" rubrikasında “Yumurta alarkən nələrə diqqət etmək lazımdır?”, "Uşaqların düzgün qidalanması necə təmin edilməlidir?" mövzularında reportajlar yayımlanıb.
Verilişin “Sualım var" rubrikasında tamaşaçılardan daxil olan suallar cavablandırılıb.
Məqsəd əhalini qida təhlükəsizliyi sahəsində görülən işlər barədə məlumatlandırmaq, eləcə də sağlam qida ilə bağlı maarifləndirməkdir.
Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB24" telekanalında yayımlanır.