Disfaqiya (Udma, çeynəmə, sorma pozuntuları - red) ağciyər xərçəngini əlamətlərini büruzə verə bilər.
Foodinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Roy Kasl Fondu xəbərdarlıq edib.
Məlumata görə, ağciyər ciyər xərçəngi tez-tez gec mərhələlərdə, şişin böyüməsi, gündəlik həyatda problemlər və çətinliklər yaratdıqda müəyyən edilir. Disfaqiya, qidanın udma və udlaq vasitəsilə keçməsi zamanı yaranan çətinliklər belə problemlərdən biridir.
"Buna xərçəng xəstəliyi səbəb ola bilər", - deyə fond açıqlayıb.
Bildirilir ki, disfaqiya zamanı udma ilə bağlı çətinliklərdən başqa, pasiyentlərdə tez-tez ağrı və göynəmə də yaranır.