Qızmızı acı bibərin faydalarını araşdıran mütəxəssislər çox maraqlı faktlarla qarşılaşıblar. Onlar qırmızı acı bibərin iştah kəsici xüsusiyyəti olması ilə bərabər bədəndə olan artıq piyləri yandıra bilmək qabiliyyətinə malik olduğunu müəyyən etmişlər.
Mətbəxtlərdə ədviyyat kimi istifadə edilən qırmızı acı bibər tərkibində olan bir çox vitaminlərin, o cümlədən C vitaminin zəngin olmasına görə orqanizm üçün vacib olan tərəvəzlərdən biri hesab edilir.
Qırmızı acı bibər bir çox xəstəliklərin müalicə və profilaktikasında çox faydalı təsirə maılikdir. Belə ki, qırmızı acı bibər soyuqdəymə və qrip zamanı xəstəliyin əlamətlərini aradan qaldırır və xəstəliyin sağalmasını sürətləndirir.
Qırmızı acı bibər bağırsaqlarda olan parazitlərə qarşı təsir göstərmək qabiliyyətinə malikdir.
Depressiya xəstələri aşağıdakı qarışımdan istifadə etməklə xəstəliyin əlamətlərini aradan qaldıra bilərlər:
- 1,5 qram qırmızı acı bibər
- 1,5 qram qara istiot
- 1 xörək qaşığı bal
- yarım stəkan süd.
Bu qarışımdan 20 gün, gün ərzində bir dəfə qəbul edilərsə, depressiya xəstəliyi sağalar, mədə-bağırsaq və həzm sisteminin fəaliyyəti normallaşar, qan dövranı sürətlənər. Hazırlanan qarışımdan aşağıdakı orqanların xəstəliklərinin müalicəsində də istifadə edilir:
- dalaq xəstəlikləri
- böyrək xəstəlikləri
- mədəaltı vəzin xəstəlikləri.
Mütəxəssislər acı bibərin orqanizmə çox faydası olmağına baxmayaraq, mədəsində problemləri olan adamlara acı bibərdən mümükün olduğu qədər uzaq durmağı tövsiyə edir.
Son xəbərlər
- Mütəxəssis sitrus meyvələrinin faydalarından danışdı
- Həkim səhərlər şirniyyat yeməyi məsləhət görüb
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı