Beyin sağlamlığını qorumaq üçün stresdən uzaq durmaq, sevdiklərinizlə vaxt keçirmək ən təsirli üsullardan biridir. Ancaq işin qidalanma tərəfini də unutmamaq lazımdır.
09.08.2020 12:06 2 dəq oxuma
TurpKimi.com bu 10 qidanı mütləq bəslənmə siyahınza daxil etməyinizi məsləhət görür.
Beyin sağlamlığını qoruyan və yaddaşı gücləndirən 10 qida...
Avokado
"Ən sağlam meyvə" kimi adlandırılan avokado beyin sağlamlığı üçün faydalı olan doymamış yağ turşuları və E vitamini ilə zəngindir. Naharda, salatlarda hətta şirniyyatlarda istehlak edə biləcəyiniz avokado yüksək kaloriyə malikdir. İstehlak edərkən miqdarına fikir verin. Bir avokadonun dörddə biri təxminən 60 kaloridir.
Qoz
Aparılan araşdırmalara görə qoz yaddaşı və zehni gücləndirir. Qoz yüksək nisbətdə Omeqa-3 ehtiva edir. Omeqa-3 isə yaddaşı gücləndirən bir element kimi qəbul edilir. Qozun içində olan Omeqa 3, düşünmə qabiliyyətini və qavramanı yaxşılaşdırır, revmatoid artrit, eqzema və sədəf xəstəliyinin müalicəsində olduqca faydalıdır.
Balqabaq (boranı)
Narıncı rəngli qidaların əksəriyyətində olan narıncı piqmentlər, antioksidantlar ürək və beyin sağlamlığı üçün faydalıdır. Liflə zəngin, kalori baxımından isə aşağı olan balqabağı süfrənizdən əskik etməyin.
Qara paxla
Qara paxla ölkəmizdə o qədər məşhur deyil, amma dünya mətbəxinin imtinaedilməz bir ərzağıdır. A və B vitaminləri cəhətdən zəngin olan qara paxla B2, B3, B6, B9 vitaminlərini də ehtiva edir. Zəngin qida dəyəri ilə beyin sağlamlığını qoruyur, kolon xərçəngi ilə mübarizədə təsirlidir.
Köri
Köri Hindistan və Pakistan da daxil olmaqla Cənub Şərqi Asiya ölkələrində istifadə edilən qarışıq ədviyyat növüdür. Tərkibində sarıkök və sumax da olur. Xüsusilə ağ ətlərdə istifadə edilir. Aparılan araşdırmalarda köri istehlak edən fərdlərin istehlak etməyənlərə görə daha yaxşı zehni performansa malik olduğu sübut edilib. Sübut kimi Hindistandakı yaşlı fərdlərin Alzheimerə tutulma riski ABŞ-dan daha azdır.
Arpa
Arpa kimi kəpəkli taxıllar xolesterolu aşağı salır və beyin sağlamlığına kömək edən B vitaminləri və lif baxımından zəngindir. Ağ düyü və ya makaron yerinə arpa seçin.
Yaşıl çay
Min illərdir istehlak edilən yaşıl çay xərçənglə mübarizədə çox önəmli yer tutur. Araşdırmalar yaşıl çayın parkinson və Alzheimer xəstəliyini önlədiyini də ortaya çıxardı.
Qəhvə
Qəhvə beyin sağlamlığı üçün olduqca faydalıdır. Son zamanlarda Alzheimer ilə əlaqədar olan araşdırmalara əsasən qəhvə ilə yaddaş arasında dərin bir əlaqə var. Qəhvəni yaşa görə dəyərləndirmək lazımdır. Uşaqlıq dövründə istehlak edilən qəhvə beyinə zərər verə bilir. Yetkinlik dövründən sonra içilən qəhvə isə yaddaşa müsbət təsir edir.
Yer fındığı
Yer fındığı sinir sisteminin işinə müsbət təsir edir, Alzheimer riskini də azaldır. Ancaq yer fındığının allergik xüsusiyyətini və yüksək kalorili olduğunu da unutmayın. Gündə 15/20 ədəd istehlak etmək kafidir.
Qatıq
Zəngin kalsium anbarı olan qatıq tərkibində olan tirozin ilə yaddaşı gücləndirir. Qatıq və digər süd məhsullarından gündə ən az 2 boşqab (süd, ya da qatıq) istehlak etməyə diqqət edin.