Təbiət insana 200 il yaşamaq şansı verməyib, amma ömrümüzü sağlam yaşamaq üçün zəngin və faydalı bitkilərlə mükafatlandırıb. Publika.az bu yazıda oxucuları bədəni möhkəmləndirən, immuniteti artıran, həmçinin Hindistanda ölümsüzlük iksiri kimi tanınan reseptlə tanış edir.
Hələ qədim zamanlardan xalq təbibləri, həkimlər və kimyaçılar ölməzlik iksirinin reseptini tapmağa çalışırdılar. Onlar otlardan, meyvə və tərəvəzlərdən müxtəlif cür faydalı məhlullar və cövhərlər hazırlayırdılar. Amma istənilən vəsaiti indiyədək icad emək mümkün olmayıb. Hər halda bəzi uğurlar qazanmaq onlara müvəffəq olub. Və orta əsrlə dövrünün təbiblərinin hazırladığı reseptlər orqanizmi möhkəmləndirmək məqsədilə bu günə qədər istifadə olunur. Qədim reseptləri araşdıran tarixçilər müəyyən ediblər ki, ən çox rast gəlinən məhsullar sarımsaqla südün qarışığıdır. Bu da təəccüblü deyil, axı məşhur təbib İbn Sina da elə hesab edirdi ki, sarımsaq bir çox xəstəliklərin dərmanıdır. Bunu müasir elmi araşdırmalar da dəfələrlə sübut edib. İbn Sina sarımsaqla südün qarışığını hətta ən güclü cavanlıq iksiri adlandırıb. Resept: Kiçik qazana 1 stəkan süd tökürük və onu odun üstünə qoyuruq. Süd qaynamağa başlayanda 2 diş sarımsağı çox xırda halda doğrayıb qazana tökürük. Qazanın qapağını bağlayıb soyuması üçün kənara qoyuruq. 10 dəqiqədən sonra cavanlıq cövhəri hazır olur. Sarımsaqlı süd cövhərini həftədə bir dəfə və 1 stəkan istifadə etmək məsləhət görülür.