Mütəxəssislərin fikrincə, səhər duşları xüsusilə gecə çox tərləyənlər üçün faydalıdır. Su dəridə yığılmış bakteriyaları və ölü hüceyrələri yumağa kömək edəcək.

Foodinfo.az xəbər verir ki, səhər duş qəbul etmək insanın ayağa qalxmasına və ayıq olmasına kömək edir.

Çünki oyanmaq üçün orqanizm müəyyən siqnallara ehtiyacı var və səhər duşu onlardan biri ola bilər. Əgər bu hər gün baş verərsə, özünü daha ayıq hiss etmək üçün gündəlik stimul rolunu oynaya bilər.

Soyuq duş qəbul etməyin təsiri daha güclüdür. Alimlər hesab edir ki, bu zaman orqanizm sinir hüceyrələrindən əzələ hüceyrələrinə siqnal ötürür, o cümlədən dopamin - xoşbəxtlik hormonunu daha tez ifraz edilir.

Fərid