Siqaretin, tütünün orqanizm üçün çoxsaylı fəsadlarının olduğu əksəriyyətə məlumdur. Mütəxəssislər bununla bağlı mütəmadi olaraq xəbərdarlıq edir, tütün istifadəsini dayandırmağa çağırırlar.
Bəs tütün istifadəsini dayandırandan sonra orqanizmdə nə baş verir?
e-tibb.az bununla bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı məlumatı təqdim edir:
Elə indi siqaret çəkməyi dayandırsanız orqanizminizdə müsbətə doğru hansı dəyişikliklər baş verəcək?
Dayandırandan 2 dəqiqə sonra – Arterial təzyiq normaya düşəcək.
8 saat sonra - Ağciyərlərdə olan dəm qazının səviyyəsi yarıya qədər enəcək və oksigenin səviyyəsi normallaşacaq.
2 gün sonra - Nikotin bədəndən xaric olunacaq. Ürək xəstəlikləri ehtimalı azalacaq. İy və dad reseptorlarının funksiyası qaydaya düşəcək. Ciyərləriniz rahatlanacaq. Və siz əlavə enerjinin gəldiyini və ümumi tonusun yüksəldiyini hiss edəcəksiniz.
2 həftə sonra - Qan dövranı artacaq və gələn 10 həftə ərzində bu artım davam edəcək.
1 il sonra – Ürək xəstəlikləri ehtimalı yarıya qədər azalacaq.
5 il sonra-İnsult riski siqaret çəkməyən adamlardakı kimi olacaq.
10 il sonra – Ağciyər xərçəngi ehtimalı siqaret çəkməyən adamlardakı kimi olacaq.
15 il sonra – İnfarkt olma riski siqaret çəkməyən adamlardakı kimi olacaq.