Budapeştdəki Semmelveys Universitetinin alimləri virtual reallıqdan istifadə edərək şizofreniya xəstəliklərinin müalicəsi üçün yeni üsul hazırlayıblar.

Foodinfo.az xəbər verir ki, bu innovativ müalicə növü xəstələrdə ətrafdakıların emosiya və düşüncələrini düzgün qavramağa kömək edən mentalizasiya bacarıqlarının inkişafına əsaslanır.

"VR-ToMIS" adlanan terapiya, xəstələrin müxtəlif ssenarilərdə sosial idrak bacarıqlarını təkmilləşdirmək üçün terapevt tərəfindən idarə olunan avatarlarla qarşılıqlı əlaqədə olduğu doqquz seansdan ibarətdir.

Xəstələrə emosiyaların və jestlərin tapılması, həmçinin ironiya və metaforaların başa düşülməsi ilə bağlı tapşırıqlar verilir.

Metodun sınağı 2022-ci ildə keçirilib və 43 şizofreniya xəstəsini əhatə edib. Tədqiqatçılar iştirakçıların koqnitiv və emosional simptomlarında (məsələn, əlaqəli düşüncə, sosial koqnitiv çatışmazlıqlar, apatiya və s.) irəliləyiş müşahidə ediblər. 

İştirakçılar da terapiyanı müsbət qiymətləndirərək onu həyəcanlı və onların reabilitasiyası üçün vacib adlandırıblar. Belə unikal müalicə şizofreniya ilə mübarizədə əsl sıçrayış ola və dünyada bu xəstəlikdən əziyyət çəkən milyonlarla insana kömək edə bilər.

Natəvan