Su qıtlığı qlobal istiləşməyə hazır olmayan Avropa İttifaqı (Aİ) dövlətləri arasında münaqişəyə səbəb ola bilər.
Bu barədə Avropa Komissiyasının (AK) məxfi sənədində bildirilir.
AK su qıtlığını həyatın demək olar ki, bütün aspektlərini təhdid edən problem kimi müəyyən edir: ərzaq istehsalı, infrastruktur, iqtisadiyyat və insan sağlamlığı.
Artıq bəzi ölkələrdə mübahisələrin başladığı qeyd edilir. Belə ki, İspaniyada quraqlıqdan əziyyət çəkən Kataloniya siyasi gərginliyi alovlandıraraq, ölkə hökumətini çay suyunu qonşu Araqondan kənarlaşdırmaq üçün yola gətirməyə çalışır. 2023-cü ildə isə Fransada su anbarlarının yaradılması planları üzərində şiddətli toqquşmalar baş verib.
Avropa Ətraf Mühit Agentliyinin (EEA) hesabatı martın 11-də dərc olunacaq və AK-nın mesajı ilk Avropa iqlim riskinin qiymətləndirilməsini müşayiət edəcək. İndiyədək Avropa üçün 36 əsas risk müəyyən edilib, onlardan bəziləri artıq kritik səviyyədədir və yüksək dərəcədə aktualdır.
Mənbə: Politico