ABŞ hökuməti tarixdə ilk dəfə olaraq, kosmik tullantılara görə cərimə tətbiq edib. Beləliklə, Federal Rabitə Komissiyası (Federal Communications Commission - FCC) 2002-ci ildə buraxılmış "EchoStar-7" peykini orbitdən çıxara bilmədiyi üçün "Dish" teleprovayderindən 150 min dollar almağı planlaşdırır.
Foodinfo.az xəbər verir ki, bu barədə məlumat FCC saytında dərc edilib.
Qeyd edəki ki, 2022-ci ildə "Dish" cihazı orbitdən çıxarmaq istəmişdi, lakin peykin yanacağı bitdiyi üçün bunu edə bilməmişdi və onu kosmosda buraxmalı olmuşdu.
Avropa Kosmik Agentliyinin hesablamalarına görə, Yer kürəsinin aşağı orbitində həcmi bir santimetrdən böyük olan bir milyona yaxın tullantı var, bu isə kosmik gəmini sıradan çıxara bilər. Məsələ burasındadır ki, peyklər naviqasiya, genişzolaqlı internet və bank məlumatları üçün vacibdir. Bu baxımdan kosmosda toqquşmalar Yer kürəsi üçün ciddi təhlükə yaradır.