Türkiyənin məşhur müğənnisi Tarkan da Azərbaycana dəstək nümayiş etdirib. Foodinfo.az  bildirir ki, müğənni Tarkan öz "İnstagram" səhifəsində Bakıdakı konsertindən fotolar paylaşıb. Onun bu addımı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb, "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu!" kimi şərhlər yazılıb. Qeyd edək ki, cəbhədə qızğın döyüşlər başayan andan Türkiyənin ən məşhur sənətçiləri Azərbaycana və Azərbaycan Ordusuna dəstək olduğunu nümayiş etdiriblər. Onların arasında Doğuş, Serdar Ortac, Mustafa Ceceli, Alişan, Aydan Şener kimi məşhurlar var.