Halva Azərbaycanın ən qədim milli şirniyyatlarından biridir. Hər bölgəmizin özünəməxsus halvası var.
Bu dəfə sizə tər halvanın reseptini veririk.
Ərzaqlar:
400 qr əla növ buğda unu
200 qr ərinmiş yağ
250 qr bəhməz və ya 200 qr şəkər tozu
2 qr darçın
Hazırlanma qaydası:
Tavada qızdırılmış yağa un əlavə edib, qızılı rəng alana qədər qovurun. Sonra ona bəhməz və ya şəkər şərbəti qatıb, fasilə vermədən qarışdıraraq qızdırın. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar. Bu zaman halvanın keyfiyyəti yaxşılaşır. (ailem.az)
Son xəbərlər
- Ağ çörək 30 ildən sonra “sağlam qidalar” siyahısından çıxarıldı
- Alimlər qidada təhlükəli maddələri aşkar edən sensor hazırlayıb
- Stomatoloq mandarini necə düzgün yemək lazım olduğunu açıqladı
- Həkim çuğundur suyunun faydalı xüsusiyyətlərindən danışdı
- “Ammofos Gübrəsi”nin bitkilər üçün hansı faydaları var?
- Hansı qidalarla pendir yemək olmaz?