İnsan həm öz təcrübələrindən, həm də başqalarını müşahidə etməklə öyrənirlər. Elmi dildə ikincisi sosial modelləşdirmə adlanır.

Foodinfo.az xəbər verir ki, Aston və Birmingem Universitetlərinin alimlərindən ibarət qrup sosial modelləşdirmə ilə bağlı eksperiment aparmaq qərarına gəlib. 

Daha öncəki araşdırmalar artıq sübüt edib ki, digər insanların yeməyə ikrah və ya iştahla baxmasını müşahidə etmək həmin qidanı yemək istəyinmizə təsir edə bilər.

Yeni araşdırma 18-30 yaş arası gənc qadınları əhatə edib, çünki onlarda kişilərə nisbətən sosial modelləşdirmənin təsiri daha güclü ola bilər. 

Təcrübə başlamazdan əvvəl bütün iştirakçılar üç qrupa bölünüb. Qadınların hər biri brokoli yeyən insanların üç videosundan birinə baxıb. Bu videolarda insanlar onu fərqli üz ifadələri ilə yeyirdilər: neytral, təbəssümlə və ya ikrahla.

Məlum olub ki, yalnız mənfi reaksiya “yoluxucu”dur. Yəni iştirakçılar brokolinin iyrənərək yeyildiyi videoya baxdıqdan sonra tərəvəzi yemək istəməyiblər.