Koronavirus epidemiyasına qarşı peyvənd hazırlığı və istehsalı bütün sürəti ilə davam edir, eyni zamanda xəstəliyin təsirlərini azaltmaq üçün araşdırmalar aparılır.
Foodinfo.az xəbər verir ki, tanınmış pediatr, professor Emin Ünüvar qış aylarında D vitamini əlavələri qəbul etməyi və bu vitaminin səviyyəsinə diqqət yetirməyi tövsiyə edib. Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı olan insanlar koronavirusa daha asan yoluxur və xəstəliyi daha şiddətli keçirir.
D vitamini ölüm riskini yarıya qədər azaldır
Son araşdırmalar göstərib ki, D vitamini çatışmazlığının qarşısının alınması COVID-19-dan ölümləri yarıya endirir, virus səbəbilə reanimasiya ehtiyacını 25 dəfə azaldır.
Dünyada və ölkəmizdə D vitamini çatışmazlığı yüksəkdir
D vitamininin orqanizmin infeksiyalara qarşı müqavimətini artırdığını söyləyən professor Emin Ünüvar bu vitaminin ən vacib mənbəyinin günəş şüaları olduğunu bildirib:
"D vitamini günəş şüalarının bizə bəxş etdiyi üzvi və ən vacib vitamindir. Bununla birlikdə şəhər həyatında günəşdən kifayət qədər faydalana bilmirik və D vitamini səviyyəmiz buna görə azalır. Bu gün böyüklərdə və uşaqlarda D vitamini çatışmazlığını tez-tez görürük. Çatışmazlıq 60-80 faiz arasındadır.
D vitamini immun sistemini gücləndirdiyi üçün infeksiya bədənə daxil olmadan müqaviməti artırır. D vitamini səviyyəniz yetərlidirsə, vücudunuz yoluxucu xəstəliklərə qarşı balanslı və təsirli reaksiya meydana gətirir. Bədəninizin müdafiəsinin balanslı və güclü olmasını təmin edir. Bu vitamin həblərini əlavə olaraq qəbul edərkən qatqısı olmayan saf və sübut edilmiş məhsulların seçilməsinə diqqət yetirməliyik. Uzun müddət istifadə ediləcəyi üçün paraben, qatqı, qoruyucu kimyəvi maddələr olmayan əlavələrdən istifadə edin.
D vitamini sümük sağlamlığı üçün də vacibdir. Bu vitamin sizi bir çox xəstəlikdən qoruyur. Əhəmiyyətli qoruyucu amildir".