İlon Mask Twitter platformasının imkanlarını genişləndirməklə bağlı planlarını açıqlayıb.
Foodinfo.az xəbər verir ki, platformadakı son yazısında o, komandasının yeni bir funksiya üzərində işlədiyini bildirib.
Belə ki, istifadəçilər artıq platformada böyük məqalələr və hətta kitablar dərc edə biləcəklər.
“Məqalələr” adlı funksiya mediavasitələrdən istifadə edərək uzun və mürəkkəb mətnləri yerləşdirməyi təmin edəcək.
Nəticədə, istifadəçilər daha geniş ideya və məzmunu birbaşa öz "Twitter" hesablarında paylaşa biləcəklər.
Qeyd edək ki, oxşar funksiya artıq bəzi "Twitter Blue" abunəçiləri üçün əlçatandır, onlar standart 280 simvol limitini aşaraq 10.000 simvola qədər tvit dər edə bilirlər.
Lakin “Məqalələr” istifadəçilərin özünüifadə sərhədlərini daha da genişləndirəcək.
Onu da vurğulayaq ki, ilkin mərhələdə bu platformada maksimum 140 simvoldan ibarət tvit paylaşmaq olurdu.
Leyla