İmmunitetiniz güclüdür yoxsa zəif? Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bir çox həkimlərin fikrinə görə, soyuqdəymə və virus xəstəlikləri insan immunitetinin “lakmus kağızıdır”. İmmunitetinizi qiymətləndirmək üçün bu sadə testdən keçin. 1. Mövsümdə neçə dəfə soyuqdəymə və virus xəstəliklərinə tutulursunuz? Adətən tutulmursunuz və ya 1 dəfə tutulursunuzsa, immun sisteminiz güclüdür. 2. Soyuqdəymə və virus xəstəliklərini necə keçirirsiniz? Əgər adətən yüngül keçirirsiniz və tez sağalırsınızsa, sizdə ağırlaşmalar inkişaf etmirsə, immun sisteminiz güclüdür.