Yapon elm adamları 100 milyon ildən çox su altında yatmış vəziyyətdə olan mikrobları canlandırdıqlarını açıqlayıblar.
Yenisabah.az xəbər verir ki, mikrobların dinozavrların dövründən qaldığı bildirilib.
Bildirək ki, sözügedən kiçik orqanizmlər Cənubi Sakit okeanının dibində, qida baxımından zəif, amma həyatda qalmaları üçün az miqdarda da olsa, oksigen olan çöküntü qatlarının içində yaşayıb.
Bu səbəblə araşdırma yer üzündə az miqdarda oksigen və qida ilə on milyonlarla il yaşayabilən bəzi ibtidai növlərə də işıq tutur.