Bəzi tortları bişirməyi bacarırıq, amma yaş keksi evdə hazırlamağın çətin olduğunu düşünürük. Buna görə də adətən yaş keks yemək istədikdə şirniyyat mağazalarından hazır alırıq. Sizə evdə hazırlaya biləcəyiniz yaş keksin asan reseptini təqdim edirik. Ərzaqlar: 3 yumurta Stəkan yarım şəkər tozu Stəkan yarım süd 1 stəkan duru yağ 1 paket kakao 2 stəkan un Vanil Qabartma tozu Üstü üçün sous: 1 stəkan kakoulu qarışım Yarım stəkan su Hazırlanması: Yumurta və şəkər tozunu çırparaq köpüklədin. Süd, duru yağ və kakao əlavə etdikdən sonra təkrar çalın. Bu qarışımdan bir stəkan ayırın. Qalan qarışıma qabartma tozu, vanil və un əlavə edərək qarışdırın. Əldə etdiyiniz keks və xəmirini yağlanmış soba qabına tökərək, əvvəlcədən qızdırılmış 170 dərəcəlik sobaya qoyun. Ayırdığınız 1 stəkan sousa yarım stəkan süd əlavə edib 1 buğum qaynadın. Keksinizi sobadan çıxardıqdan 10 dəqiqə sonra üzərinə soyuq sousu tökün. Nuş olsun! (ailem.az)