San Dieqodakı Kaliforniya Universitetinin alimləri qumda “üzə bilən” unikal robot hazırlayıblar. Robot tısbağaların üzgəclərini təqlid edən qabaq ayaqları ilə təchiz olunub ki, bu da ona qumun altında hərəkət etməyə və qumu qazmağa imkan verir.
Foodinfo.az xəbər verir ki, bu, qumda 12 sm dərinlikdə 1,2 mm sürətlə hərəkət edə bilən ilk robotdur.
Robot hərəkət zamanı maneələri aşkar etməyə imkan verən sensorlarla təchiz edilib. Simsiz işləyir, WiFi vasitəsilə idarə olunur.
Robotun imkanlarından taxıl bunkerlərinin yoxlanılması, torpağın ölçülməsi, dəniz dibinin qazılması, axtarış-xilasetmə əməliyyatları kimi müxtəlif sahələrdə istifadə oluna bilər.
Tədqiqat qrupu robotun hərəkət, idarə və maneələrin aşkarlanmasını təmin edən üzgəclərini yaratmaq üçün dəniz tısbağalarının balalarından ilham alıb.
Fərid