Beynəlxalq alimlər qrupu yuxusuzluğun öhdəsindən gəlməyin yolunu kəşf edib. BMJ Open jurnalında dərc olunan məqaləyə görə, uzun müddət həftədə 2-3 dəfə müntəzəm məşq etmək yuxunu yaxşılaşdırır.
10 illik araşdırmada 4399 insan iştirak edib. İştirakçıların 37 faizi fiziki fəaliyyətsiz, 18 faizi fiziki fəaliyyətə yeni başlamlış, 20 faizi fiziki aktivliyi dayandırmış, 25 faizi isə daim fiziki fəaliyyət göstərib. Nəticədə fiziki cəhətdən aktiv olanlar yuxuya getməkdə əhəmiyyətli dərəcədə daha az çətinlik çəkib.
Məşqin yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı olduğuna dair əvvəlki sübutlar bird aha təsdiqini tapıb. Lakin burada davamlılığın olması önəm kəsb edir.
Leyla