
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 22-24 fevral 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 27 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Foodinfo.az xəbər verir ki, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.