Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir. Foodinfo.az xəbər verir ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 24.16 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.