“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 22 aprel 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 40 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Foodinfo.az-ın məlumatına görə, qeyd olunan tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.