“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyulun 27-də qida məhsulları sahəsində fəaliyyət göstərən 46 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Son xəbərlər
- Dadı acı olsa da, faydaları çoxdur
- Araşdırma: Gənclərdə bağırsaq xərçəngi halları artmaqdadır
- Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
- Liflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər
- Səhər qəhvə içmək ölüm riskini azaldır
- Bu qida bağırsaq “düşməni” adlandırılır