Bu günədək 326 sənətkar və qida sahəsi üzrə fəaliyyət göstərən 66 ailə “ABAD”çı olaraq qeydiyyatdan keçib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov sentyabrın 19-da keçirilən IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019”da deyib.
C.Salmanov bildirib ki, “ABAD”ın ümumi dövriyyəsi ötən illə müqayisədə 80 faiz artıb.
Qeyd edək ki, ABAD-ın yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir. (SalamNews)