Ağdaş rayonu yerli torpaq-iqlim şəraitinə uyğun bağçılıq təsərrüfatına malikdir. Burada bağların sahəsi ildən-ilə genişləndirilir və son vaxtlar salınan yeni bağlar əsasən intensiv üsulla becərilir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 29,2 hektarda yeni bağlar salınıb. Bunun 23,5 hektarı və ya 80,5 faizi intensiv üsulla becərilən bağlardır. Bu bağların 6,5 hektarı alma, 6 hektarı gavalı, 6 hektarı gilas, qalanı isə xurma və alça sahələridir. Yeni bağlar daha çox rayonun Qolqəti, Dəhnəxəlil və Ağcayazı kəndlərinin ərazilərində əkilib.
Qeyd edək ki, hazırda Ağdaşda 3060,5 hektar bağ sahəsi var. Sakinlər son illər heç də az gəlir verməyən bağçılıq təsərrüfatının genişləndirilməsində çox maraqlıdırlar.
Son xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Diş məcununun bədənə mənfi və müsbət təsiri
- Qəhvənin sağlamlığa faydaları nələrdir?
- Sağlamlıq üçün istehlak edilməli olan tərəvəz və meyvələr
- B12 çatışmazlığına qarşı təbii yollar
- Həkim keyfiyyətli kürü seçməklə bağlı məsləhətlər verdi