"Al Market" mağazalar şəbəkəsi 250-ə yaxın şəxsi Bakı şəhəri ərazisində yerləşən mağazalarında işlə təmin edəcək. Fürsətdən yararlanmaq istəyən şəxslər 22 aprel tarixində Azərsun Mədəniyyət Mərkəzində keçiriləcək növbəti "Açıq Qapı" gününə qatılmalıdırlar. Şəbəkəsindən verilən məlumata görə Bakıda yerləşən mağazalara rayonlar üzrə aşağıdakı sayda işçi qəbulu nəzərdə tutulur: Sabunçu r.nu (Zabrat, Maştağa, Pirşağı, Bilgəh) – 20 nəfər; Nizami r.nu (Qarayev, Neftçilər, Xalqlar) – 10 nəfər; Xətai r.nu (Əhmədli, Günəşli, Zığ qəs.) – 10 nəfər; Nərimanov r.nu (Gənclik m., Keşlə qəs., Montin) – 20 nəfər; Suraxanı r.nu (Yeni Suraxanı, Hövsan, Əmircan, Ramana qəs.) – 15 nəfər; Abşeron r.nu (Masazır, Xırdalan, Müşfiqabad, Sulutəpə, Qobu) – 30 nəfər; Səbail r.nu (Bayıl, Badamdar), Yasamal r.nu (Yeni Yasamal, Şərifzadə) – 30 nəfər; Nəsimi r.nu (1-9 mkr., 28 May ) Binəqədi r.nu (Azadlıq, Rəsulzadə qəs., Biləcəri) – 30 nəfər; Xəzər r.nu (Şağan, Şüvəlan, Mərdəkan, Buzovna, Binə qəs.) – 30 nəfər; Vakansiyalar: -Satıcı-kassir -Müdir müavini Tələb olunan sənədlər: -Şəxsiyyət vəsiqəsi -Hərbi bilet -Əmək kitabçası (əgər varsa) Saat: 11:00 və 13:00 (iki növbə) İştirak edəcək şəxslərdən tam vaxtında qeyd olunan ünvanda olmaları tələb olunur. Ünvan: Heydər Əliyev pr., 92a (“ASK arena”, Keçmiş “Şəfa” stadionunun yaxınlığında) Əlavə məlumat üçün: 99455 204 75 75 (Whatsapp)