Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 182 ictimai iaşə obyekti, 223 ərzaq satışı mağazası olmaqla ümumilikdə 405 müəssisədə reyd keçirib.
AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 184-də metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
◾Suraxanı rayonunda “Halal süfrə” restoranı, “Ballı” market
◾ Binəqədi rayonunda fiziki şəxs Xəlilova Tovuz Kazım qızına məxsus kafe, “Şuşa” kafesi, “Ocaq” kafesi
◾ Nəsimi rayonunda “Yuva” market
◾ Yasamal rayonunda “Dondurma” market
◾ Qaradağ rayonunda “Əli” market
Digər rayon və şəhərlər üzrə:
◾ Abşeron rayonu Novxanı kəndində “Caspian Breeze” istirahət mərkəzi
◾ Xaçmaz rayonunda Yaqubov Zəki Seyfulla oğlu və Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus ət satışı mağazaları (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)
◾ Bərdə rayonunda fiziki şəxs Vəliyev Aydın Sabir oğlu, Hacıyev Elşad Rüstəm oğlu və Hüseynov Adil İsmayıl oğluna məxsus marketlər
◾ İsmayıllı rayonunda fiziki şəxs Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana, Ələsgərov Elçin Əvsər oğluna məxsus ərzaq mağazası
◾ Kürdəmir rayonunda fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus yeməkxana, Qəniyev Sadiq Səyyat oğluna məxsus “Bığ” restoranı
◾ Şamaxı rayonunda Dəmirov Azər Zümürxan oğluna məxsus “Aqşin” kafesi, Yusifov Sahib Abdulməmməd oğluna məxsus ət satışı mağazası, “Rahat” market, Həsənov Qubad İbad oğluna, Qədirov Cahid Cavid oğluna və Səlifov Ülvi Vüqar oğluna məxsus ərzaq mağazaları
◾ Göyçay rayonunda Babayev Nizami Sirac oğluna məxsus ərzaq mağazası
◾ Göygöl rayonunda Babayev Orxan Ələmdar oğlu, Məmmədov Eldəniz Ağalar oğluna məxsus kafelər, “Dönər House” restoranı, “Dönər evi” kafesi, “Al market”, “Əminə” market, “Oba” market, “Pərvin” market və Allahverdili Seymur Hüseyn oğluna məxsus ərzaq mağazası
◾ Şəki şəhəri Baş Göynük kəndində “Eltun” və “Xocalı” market
◾ Zaqatala rayonunda İsgəndərova Nargilə Cəbrayıl qızına məxsus kafe
◾ Lənkəran rayonu, Ürgə kəndində Bağırov Altay Sahab oğluna məxsus “Cənub” market, Rəhimli Əzizağa Həsənağa oğluna məxsus “Rəhimli” market, Həsənov Samir Atəş oğluna məxsus ərzaq mağazası, Əbilov Əkbər Hüseynağa oğluna məxsus “Nihad” market
◾ Sabirabad rayonunda Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, İsmayılov Mübariz Mikayıl oğlu, İsmayılov Fuad Adil oğlu, Xəlilov İlham Sahib oğlu, Güləliyev Güləli Nizami oğlu və Əliyev Cavid Mustafa oğluna məxsus ərzaq mağazaları
◾ Tovuz rayonunda “Zirvə”, “Yaşıl tala”, “Atan bulaq”, “Şəfa”, “Çatax”, “Ballı”, “Holiday” kafeləri və “Dağ” market
◾ Beyləqan rayonunda “Sərin” restoranı və “Beyləqan” market
◾ Siyəzən rayonunda Salmanov Səlim Kərim oğluna məxsus ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.