Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 07 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 43 ictimai iaşə obyekti, 123 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Neptun”, “Rahat” (Nəsimi rayonu), “Rahat” (Nərimanov rayonu), “Araz supermarket” (Nərimanov rayonu), “Araz supermarket” (Nizami rayonu), “Araz supermarket” (Xətai rayonu), “Araz supermarket” (Babək prospekti), “Rahat” (Babək prospekti) marketlər, İbrahimova Afaq Sabir qızına, Muradov Ruslan Yavər oğluna, Behbudova Vüsalə Tahir qızına, Xalıqov Vahid Rafiq oğluna, Heydərova Yeganə Əlibayram qızına, İbrahimova Səadət İslam qızına, Məmmədov İlqar Mürsəl oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Saray qəsəbəsində “Əsləm” market
Xırdalan şəhərində “Nur” market
Şabran rayonunda “Qaraqoyunlu” restoranı, “Ekonom” market
Şamaxı rayonunda “Yaşıl”, “Favorit”, “Ocaq”, “Dostluq”, “Veqas”, “Murad” və “Zənbil” marketlər, “Dostluq”, “Savalan”, “Çənlibel” və “Zəm-zəm” restoranları və “Ata yurd” kafesi
Göyçay rayonunda İbrahimov Eldəniz Dursnəli oğluna, Kəurimov Araz Polad oğluna, Qasımov Yalçın Asif oğluna, Kərimov Baba Ərəstun oğluna, Zakirov Zakir Tapdıq oğluna məxsus ət satışı mağazaları, “Mansard” kafe, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafe, Əliyev Aqil Rafael oğluna məxsus ərzaq mağazası
Ağsu rayonunda İsmayılov Davud Əlikram oğluna məxsus ət satışı mağazası (fəaliyyəti məhdudlaşdırılıb), Fazilov Pərviz Abbas oğluna, Niftaliyev Ağaisa Musa oğluna, Abdurahmanov Ağagül Təşkil oğluna və Lətifov Miri Lətif oğluna məxsus kafelər (4 kafenin fəaliyyəti məhdudlaşdırılıb)
Salyan rayonunda Əbilov Rafət Xanoğlan oğluna, Rəsulov Adil Ədalət oğluna, Quliyev Pərvin İntiqam oğluna məxsus ərzaq mağazaları və “Oba” market
Neftçala rayonunda Allahverdiyev Əlipaşa Rəsul oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda Qurbanov İlkin Şahin oğluna, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Məcidzadə Elçin Soltan oğluna məxsus ərzaq mağazaları, “Nuray” və “Yağmur” marketlər, Əliyev Nursəfa Əlisəfa oğluna və Seyidli Sənan Arif oğluna məxsus dönərxanalar
Masallı rayonu, Boradigah qəsəbəsində “Kaktus” market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna məxsus marketlər
Lənkəran rayonunda Əliyeva Pərvanə Məmmədəli qızına məxsus ərzaq mağazası, “Elcan” market
Biləsuvar rayonunda “Oba” market və Əsədov İlqar Saday oğluna məxsus ərzaq mağazası
Cəlilabad rayonunda “Ulduz” və “Seyid” marketlər
Qəbələ rayonunda Nəsirov İlqar Əli oğluna məxsus ərzaq mağazası, Ziyadov Namiq Seyidəhməd oğluna məxsus kafe
Oğuz rayonunda “Dostluq” kafesi, Şirinov Mikayıl Maarif oğluna məxsus yeməkxana, İsmayılov Kamal Mayıl oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonu, Çökək kəndində Musayev Səxavət Musa oğluna məxsus ərzaq mağazası, Qəbirdərə kəndində “Cökəaltı” kafesi
Gəncə şəhərində “Üç qardaş” market, Əliyev İbrahim Habil oğluna, Nəbiyev Nazim Rasim oğluna, Cəfərova Aybəniz Məhərrəm qızına məxsus ərzaq mağazaları
Tovuz rayonunda Kərimov Zülfüqar Nadir oğluna, Sadıqov Sadıq İsrafil oğluna məxsus ət satışı mağazaları
Şəmkir rayonunda Novruzov Anar Eyvaz oğluna, Musayev Anar Akif oğluna məxsus ət satışı mağazaları, Quliyeva Nəzifə Kərəm qızına və Əhmədova Svetlana Cəfər qızına məxsus şirniyyat mağazaları, “Çinar” və “Kəhriz” kafeləri
İmişli rayonunda “Rüfət”, “Razi”, “Dünya”, “Kamran”, “Tural”, “Sərfəli” və “Nuh” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.