Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə Bakı şəhərində ictimai iaşə sahəsi üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbərləri arasında videokonfrans formatında görüş keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına edilmiş dəyişikliklər, monitorinqlər zamanı aşkar olunmuş pozuntular, bu pozuntuların qarşısının alınması istiqamətində görülməli tədbirlər və koronavirus (COVID-19) pandemiyası dövründə qeyd olunan pozuntular nəticəsində insanların həyat və sağlamlıqlarında baş verə biləcək fəsadlar, eyni zamanda qəbul olunmuş qərarlara əsasən, COVID-19-a qarşı vaksinasiya işlərinin nəticələri barədə məlumat verilib. Sonda ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərdə qeyd olunan məsələlər bir daha diqqətə çatdırılıb. Sahibkarlarlıq subyektlərinin rəhbərləri tərəfindən ünvanlanan suallar cavablandırılıb.