Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin iştirakı ilə “Çəltik İstehsalçıları və İxracatçıları”, “Giləmeyvə İstehsalçıları və İxracatçıları” assosiasiyalarının rəhbərləri və müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib. Görüşdə son illərdə ölkəmizdə bitki sağlamlığı sahəsində aparılmış stimullaşdırıcı tədbirlər barədə geniş məlumat verən AQTA sədri Qoşqar Təhməzli çəltik, eləcə də giləmeyvə istehsalının inkişafının sürətləndirilməsi, bu sahələrdə mövcud imkanlardan daha səmərəli istifadə edilməsi, sahələr üzrə ixrac potensialının yüksəldilməsi istiqamətində hərtərəfli dövlət dəstəyi verilməklə bir sıra əhəmiyyətli tədbirlərin görüldüyünü və uğurlu nəticələr əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, görülən işlərin tərkib hissəsi olaraq, AQTA tərəfindən də müvafiq tədbirlər davam etdirilir, eyni zamanda Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq sözügedən sahələr üzrə təsərrütfatlarda monitorinqlər həyata keçirilir, aşkar olunan uyğunsuzluqlarla bağlı sahibkarlıq subyektlərinə hərtərəfli metodiki dəstək və köməklik göstərilir. Tədbirdə Assosiasiya rəhbərləri və sahibkarlarla müvafiq sahədə mövcud vəziyyət ətraflı təhlil edilib, qarşıya çıxan çətinliklərin həlli üzrə fikir mübadiləsi aparılıb. Eyni zamanda sahibkarların rəy və təklifləri dinlənilərərk, AQTA-nın səlahiyyətlərinə aid məsələlərlə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib. Görüşdə Agentlik tərəfindən göstərilən dəstək tədbirlərinin genişləndirilməsinin bundan sonra da təmin olunacağı vurğulanıb.