"Azəraqrartikinti" ASC 2023-cü ili 4 milyon 533 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 6 milyon 88 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə. "Azəraqrartikinti" ASC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 556 min manat və ya 25,6% azalıb. Xalis mənfəətin azalması gəlirin azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Azəraqrartikinti" ASC-nin əsas əməliyyat gəliri (satış) 2022-ci ildə 41 milyon 294 min manat ikən, 2023-cü ildə 28 milyon 744 min manata düşüb (12 milyon 551 min manat və ya 30,4% azalıb).
31 dekabr 2023-cü il tarixində "Azəraqrartikinti" ASC 51 milyon 4 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 54 milyon 195 min manat cəmi aktivlərə malik idi. Beləliklə, ötən il "Azəraqrartikinti" ASC-nin cəmi aktivləri 3 milyon 190 min manat və ya 5,9% azalıb.