Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 158 411 şüşə şərab ixrac edib.
Foodinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilir.
Məlumata əsasən, illik müqayisədə Azərbaycan gürcü şərabının idxalını 21 % artırıb.
İlk 8 ayda Gürcüstandan 59 ölkəyə 65 milyon şüşə şərab (+19 %) ixrac edilib. İxracdan 145 milyon ABŞ dolları gəlir əldə olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.
Hesabat dövründə gürcü şərabının ən iri tədarükçülərinin ilk beşliyində Rusiya, Ukrayna, Polşa, Çin və Qazaxıstan yer alıb.
Son xəbərlər
- Dadı acı olsa da, faydaları çoxdur
- Araşdırma: Gənclərdə bağırsaq xərçəngi halları artmaqdadır
- Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
- Liflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər
- Səhər qəhvə içmək ölüm riskini azaldır
- Bu qida bağırsaq “düşməni” adlandırılır