2020-ci ilin I yarısında Azərbaycan təzə gilas və albalı ixracını 7% - 19 min 950,62 tonadək artırıb. Bu məhsulun satışından $32 milyon 252,83 min məbləğində (аrtım 8,8%) gəlir əldə edilib. İxracın demək olar ki, bütün həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 6 ay ərzində RF-yə $32 milyon 165,13 min (аrtım 8,7%) məbləğində 19 min 835,35 ton (artım 6,7%) təzə gilas və albalı ixrac olunub. I yarımillikdə Azərbaycandan gilas və albalı ixracının 99,4%-i RF-nin payına düşüb. 2019-cu ildə Azərbaycan 26,515 min ton gilas və albalı ixrac edib. Rusiyaya $42 milyon 69,55 min məbləğində 26,413 min ton təzə gilas və albalı ixrac olunub.