
Foodinfo.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ay ərzində ət məhsulları 1,2 faiz, süd məhsulları, pendir və yumurta 0,9% bahalaşıb. Bu məhsullar 2018-ci ilin avqust ayına nisbətən də bahalaşıblar. Son 12 ayda süd məhsulları, pendir və yumurtada bahalaşma 3,1 faizə çatır.
Avqustda meyvə və tərəvəzlər ucuzlaşıb.
2019-cu ilin yanvar-avqust aylarında (8 ayda) 2018-ci ilin yanvar-avqust aylarına nisbətən ən çox tərəvəzlər (11,6%), tütün məmulatları (20,6%) və araq (10,6) bahalaşıb.





