Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində sahibkarların iştirakı ilə müxtəlif sahələr üzrə "Qida biznes klubu"nun təsis edilməsi nəzərdə tutulub.
Foodinfo.az-ın məlumatına görə, bunu "Caspian Energy Club"un təşkil etdiyi onlayn "B2G Forum" çərçivəsində çıxış edən AQTA-nın sədr müavini Rəşad Mafusov deyib.
O, sahibkarları təsis olunacaq biznes kluba üzv olmaqlarına və Agentliyin təqdim etdiyi xidmətlərdən faydalanmağa çağırıb.
R. Mafusov həmçinin qeyd edib ki, 2019-2020-ci illər ərzində Azərbaycanda heyvan mənşəli məhsul ixrac etmək istəyən 50 dən artıq xarici müəssisə Agentlik tərəfindən qiymətləndirilib və sözügedən müəssisələrin ölkəyə məhsul ixracı üçün tədbirlər görülüb.