Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fevraın 10-dan Azərbaycanın daha 16 müəssisəsinin Rusiyaya pomidor və alma tədarük etməsinə icazə verib.
Foodinfo.az xəbər verir ki, bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycanın səlahiyyətli qurumu tərəfindən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib. Tədarük Agentliyin zəmanəti ilə mümkündür.Beləliklə, hazırda Azərbaycanda 226 müəssisə və 1 kooperativin Rusiyaya pomidor, 77 müəssisənin isə alma ixrac etmək üçün icazəsi var.
“Rosselxoznadzor” 2020-ci il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə məhdudiyyətlər qoymuşdu.
Son xəbərlər
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?
- Hər kəs hər gün hansı tərəvəzi yeməlidir?