Cənubi Qafqazın ən böyük şəkər zavodu İmişli Şəkər Zavoduna, yaxud hüquqi adı ilə “Azərbaycan Şəkər İstehsalat Birliyi” maya qoyulur. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki,  “Azersun Holding”in nəhəng şəkər istehsalçısı olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin nizamnamə kapitalının həcmi 128.56 milyon manata çatdırılıb. Bu isə 6.95 milyon manat, yəni 5.7% artım deməkdir. “Azersun Holding” bu zavoda sonuncu dəfə 2020-ci ilin dekabrında 28%, yaxud 26.6 milyon manat maya qoymuşdu. Həmin vaxta qədər İmişli Şəkər Zavodunun nizamnamə kapitalı 95 milyon manat idi. Zavod 2003-cü ildən inşa edilsə də, rəsmi olaraq şirkət kimi 2001-ci ildən qeydiyyatdadır. Zavod  Azərbaycanın İmişli şəhərində yerləşir. Gündə 1100-1200 ton yüksək kristal şəkər istehsal etmək gücünə malikdir. Şirkətdə 1 400 nəfər işçi heyəti çalışmaqdadır.