Azersun Holding
Kommunikasiya Şöbəsinin Müdiri
Son tarix 03 iyl 2023 - [email protected]
Tələblər:
Ali təhsilli olmalıdır(marketing, jurnalistika sahəsində olan namizədlərə üstünlük verilir);
Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi olmalıdır;
İngilis, Rus və Türk dillərində bilməlidir;
MS Office proqramları, Adobe Premiere proqramlarını bilməlidir;
Yüksək kommunikasiya bacarığı olmalı və təqdimat etməyi bilməlidir;
Layihələrin idarə olunmasını və strategiyaların hazırlanması bilməlidir;
Yüksək kommunikasiya bacarığı olmalıdır;
İş haqqında məlumat:
Müəsissə daxili və xarici kommunikasiya kanallarını müəyyənləşdirərək müxtəlif layihələri həyata keçirir;
Müəsissəyə məxsus bütün markalara xidmət göstərir, markalar üçün müxtəlif sosial layihələr və tədbirlər həyata keçirir;
KSM strategiyasının hazırlanması, nəzərdə tutulan vaxt intervalı ərzində planların yazılması, layihələrin həyata keçirilməsinə rəhbərlik edilməsi;
Daxili kommunikasiya strategiyasının hazırlanması və layihələrin həyata keçirilməsinə rəhbərlik etmək;
İllik tədbirlər planının yazılması, büdcəsinin hazırlanması, korporativ tədbirlərin təşkili;
Yerli və Beynəlxalq sərgilərdə müəsissənin iştirakının təmin edilməsi
Müxtəlif strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
KSM strategiyası üzrə düzgün imic layihələrinin həyata keçirilməsinə rəhbərlik edilməsi;
Korporativ Kommunikasiya siyasətinə uyğun olaraq məqsədlərinə nail olmaq üçün ilə planlama işlərinin təşkilini nəzərdən keçirilməsi və qiymətləndirilməsi;
Tabeliyində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və optimallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verilməsi;
Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edilməsi;
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kommunikasiya şöbəsinin - Manager” qeyd etməyiniz xahiş olunur.