Şirkət mağaza müdiri işçisi axtarır. Son tarix 15 yan 2022 Foodinfo.az xəbər verir ki, əsas tələblər aşağıdakılardır:
  • Ali təhsilli olmalı;
  • Pərakəndə satış sahəsində ən azı 2 illik rəsmi iş təcrübəsi olmalı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
  • MS Office (Excel) proqramlarını bilməli;
  • Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
  • Ünsiyyət qurabilmə, Azərbaycan dilində səlist danışıq bacarığı olmalıdır.
Vəzifə təlimatı:
  • Mağazanın gündəlik açılıb-bağlanılması işinin icrasına nəzarət;
  • Mağaza açılışı zamanı satıcı-kassirə avans məbləğini təhvil vermək və təhvil-təslim aktına imza atmaq, günün sonunda kassa sayımını həyata keçirib məbləği təhvil götürmək;
  • Üst rəhbərin verdiyi işgüzar tapşırığı vaxtında və düzgün yerinə yetirmək;
  • Müntəzam olaraq məhsulların stoklarını yoxlamaq;
  • Firma tərəfindən mağazaya verilən məhsulları firma nümayəndəsinin iştirakı ilə qaiməyə əsasən yoxlayıb qəbul etmək;
  • Mağaza üçün lazım olan malların müvafiq firmalardan sifariş edilməsi;
  • Mağazanın personalının və satışının idarə edilməsi;
  • Dövri hesabatların hazırlanması.
Əlavə məlumat:
  • Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçta göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
  • Email-in mövzu hissəsində “Mağaza müdiri” qeyd etməyiniz xahiş olunur.