Foodinfo.az"Azərsun Holdinq”in əməkdaşlarına HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi mövzusunda təlim keçirilib
"Azərsun Holdinq”in əməkdaşlarına HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi mövzusunda təlim keçirilib
28 Oktyabr, 17:43
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən “Azərbaycan Duz İstehsalçıları Birliyi” QSC-nin əməkdaşları üçün zoom tətbiqi vasitəsilə HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi mövzusunu əks etdirən təlim keçirilib. Təlim iştirakçılarına HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və addımları, həmçinin üstünlükləri haqqında geniş məlumat verilib.
Daha sonra iştirakçılara “İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi: Qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər” və İSO 22000 Standartının üstünlükləri, HACCP sistemi ilə İSO 22000:2018 arasındakı əlaqə” mövzuları ətraflı izah olunub.