"Müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığın yaranması barədə məlumatlara cavab olaraq bildirmək istəyirik ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir".
Foodinfo.az-ın məlumatına görə, bu barədə "Azersun Holdinq"in açıqlamasında deyilir.
"Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq", - açıqlamada qeyd olunub.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?