İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Global Gap” sertifikatı olan pomidor istehsalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə onlayn formatda görüş keçirilib. Foodinfo.az bu barədə AZPROMO-ya istinadən xəbər verir. Məlumata görə, Fondun rəhbəri Yusif Abdullayev kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi, həmçinin bu sahədə yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində görülən işlər və göstəriləcək dəstək mexanizmləri barədə məlumat verib, sahibkarları bu sahənin inkişafı məqsədilə dövlət qurumları ilə sıx əməkdaşlığa dəvət edib. Sonda ölkənin müxtəlif regionlarda pomidor istehsalı sahəsində fəaliyyət göstərən ixracatçıların fikirləri dinlənilib, yeni bazarlara ixrac prosedurları ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.