"AZZA" firması təşkilati-hüquqi formasını dəyişib.
"AZZA"nın təşkilati-hüquqi forması dəyişdirilərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib. İndiyədək "AZZA"nın təşkilati-hüquqi forması "Digər kommersiya təşkilatı" idi.
4400 manat nizamanmə kapitalı olan "AZZA" MMC-nin hüquqi ünvanı Balakən rayonu, Qabaqçöl qəsəbəsidir. Şirkət Həmid Bazarovun adınadır.
Azərbaycanda "AZZA AGRO" QSC, "AZZA DİSTRİBUTİON" QSC və "AZZA" QSC adlı şirkətlər də qeydiyyatdan keçib. Bakıda AZZA adlı şirniyyat evləri də fəaliyyət göstərir. (Marja)