Sağlamlığınız və xoş əhval-ruhiyyəniz üçün dadlı, keyfiyyətli və təbii süd məhsulları istehsal edən Belarusiyanin dünyaca məşhur süd brendi olan “Babuşkina Krınka” yalniz “Rahat market”lərdə. 60-dan çox filialı olan “Rahat market”lərin bütün filiallarından “Babuşkina Krınka” süd məhsullarını Rahatlıqla əldə edə bilərsiniz.
Qeyd edək ki, "RAHAT" supermarketlər şəbəkəsi 2009 - cu ilin may ayından yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlamışdır. Biznes fəaliyyətinə "RAHAT" ticarət markası ilə başlayan şəbəkə 2009-cu ilin may ayında özünün ilk layihəsini reallaşdırmışdır. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olmuşdur. Hal-hazırda Bakı şəhərinin müxtəlif nöqtələrində "RAHAT" brendi altında 60-dan çox market fəaliyyət göstərir. Müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir. “Rahat” marketdə qiymətlər münasibdir, məhsullarımızın çeşidi geniş və müxtəlifdir, müştərilər üçün böyük endirim və hədiyyə günləri, müxtəlif lotereya və maraqlı aksiyalar keçirilir. Biz hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışırıq. Buna görə də biz bütün müştərilərimizin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə hazırıq.
Şüarımız “Fürsətləri qaçırma, Rahat yaşa”
“Rahat” supermarketlərin də daxil olduğu "ANC GROUP" MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.