"Badamlı Mineral Sular" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Foodinfo.az Fed.az-a istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddəsinə görə, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
İcraatda olan işə Bakı şəhəri Naxçıvan MR Şahbuz rayon Məhkəməsində baxılır. İddia hakim Daşqın Səfərov sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, "Badamlı Mineral Suları" MMC (VÖEN: 0200465671) 24.11.2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 manatdır. Qanuni təmsilçisi Saqil Hacıyev Naməddin oğludur.
Hüquqi ünvanı Az7100,Şahbuz Rayonu, Badamlı ünvanında yerləşir.